Zurabişvili Trampın andiçməsinə dəvət olunub? - Cavab verildi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilini andiçmə mərasiminə dəvət edib-etmədiyi məsələsinə aydınlıq gətirilib.
Bu haqda Baş nazir İrakli Kobaxidze danışıb.
“Donald Tramp Salome Zurabişvilini heç yerə dəvət etməyib”, - Kobaxidze jurnalistlərə deyib.
Bundan əvvəl respublikaçı konqresmen Co Vilson X sosial şəbəkəsində Zurabişvilini Gürcüstanda yeganə qanuni lider kimi Trampın andiçmə mərasiminə dəvət etdiyini yazmışdı.
mənbə: modern