Yetkinlik yaşına çatmayanın şəxsi materiallarını yayan şəxs saxlanıldı
Yetkinlik yaşına çatmayan şəxsin şəxsi həyatının sirrini əks etdirən foto və video materialları qanunsuz əldə edib, sonra isə zərərçəkənin ailə üzvünə və digər şəxslərə yayan şəxs saxlanılıb.
XEBER.GE xeber verir ki, istintaq şəxsi həyatın sirrinin pozulması faktı üzrə aparılır.
Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Pozulmasına Qarşı Mübarizə İdarəsi və Kaxeti Regional Prokurorluğunun İstintaq İdarəsi birgə istintaq hərəkətləri aparıb. Müəyyən edilib ki, təqsirləndirilən sosial şəbəkə vasitəsilə hədələmə nəticəsində yetkinlik yaşına çatmayan zərərçəkənin şəxsi həyat materiallarını qanunsuz əldə edib, saxlayıb və yaymışdır.
Saxlanılana Cinayət Məcəlləsinin 157¹ maddəsinin 1-ci hissəsi (şəxsi həyat sirrinin qanunsuz əldə edilməsi, saxlanması və yayılması) ilə ittiham irəli sürülür. Bu maddə 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilənə ehtiyat tədbiri olaraq həbs tətbiq edilməsi barədə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.