Xviça Kvaraçxeliya PSJ-si Çempionlar Liqasının qalibi olub

Jun 1, 2025 - 12:24
Jun 2, 2025 - 10:31
 0  22
Xviça Kvaraçxeliya PSJ-si Çempionlar Liqasının qalibi olub

“Paris Saint-Germain” UEFA Çempionlar Liqasının finalında İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

Oyun Münxendəki “Allianz Arena”da keçirilib.

Görüşün ilk hissəsi Paris klubunun üstünlüyü ilə 2:0 yekunlaşıb. Hesabı 13-cü dəqiqədə Əşrəf Hakimi açıb, 21-ci dəqiqədə isə komandanın üstünlüyünü Desire Doue artırıb.

İkinci hissədə “PSJ” daha üç dəfə fərqlənib. 64-cü dəqiqədə Desire Doue dubl edib, 73-cü dəqiqədə isə gürcü futbolçusu Xviça Kvaratsxelia dördüncü qolu vurub. Oyunun sonuncu, beşinci qolunu isə 86-cı dəqiqədə Senny Mayulu imzalayıb.

Qeyd edək ki, “PSJ” tarixində ilk dəfə Çempionlar Liqasının kubokunu qazanıb. Əvvəlki final oyununda, 2020-ci ildə, Paris təmsilçisi Münxenin “Bavariya”sına uduzmuşdu.

mənbə: interpress