Kutaisidə avtomobilin park edilmiş maşına çırpılması nəticəsində piyada qadın ölüb
Kutaisidə, Gugunava küçəsində baş verən avtomobil qəzası nəticəsində piyada həlak olub.
XEBER.GE xeber verir ki, DİN "Tabula" nəşrinə məlumatı təsdiqləyib.
Yerli "İnfo İmereti" mediasının məlumatına görə, hərəkətdə olan avtomobil dayanmış maşına çırpılıb, həmin maşın isə impuls nəticəsində piyada olan qadını vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin nəqliyyat hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq aparılır.