Batumidə İnterpol tərəfindən axtarışa verilən Türkiyə vətəndaşı saxlanılıb
Gürcüstanın Batumi şəhərində İnterpolun "qırmızı bülleteni" ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikasının vətəndaşı saxlanılıb.
Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat DİN-in Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Məlumata görə, 1974-cü il təvəllüdlü A.Ç. ağır cinayət törətdiyi üçün Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq səviyyədə axtarışda olub.
Hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.