Tbilisidə 23 yaşlı gəncin meyiti tapılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 23 yaşlı gənc ölü halda tapılıb.
Xeber.ge xəbər verir ki, vəfat edən şəxs Sığnağı bələdiyyəsinin Nukriani kənd sakini olub. Məlumata
görə, o, son illər Tbilisidə yaşayıb və burada çalışırmış.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə istintaq başladılıb.
Hazırda hadisənin başvermə səbəbləri və təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.