“İstintaq komissiyasını hamı, xüsusilə də gənclər izləməlidir”

"İstintaq komissiyasının işi hər kəs, xüsusilə də gənclər tərəfindən izlənilməlidir. Onun fikrincə, bu, Mxail Saakaşvilinin rejiminin, xaricdən “yaşıl işıq” fonunda necə bir Gürcüstan qurmağa çalışdığını göstərmək üçün vacibdir."
Bu barədə Parlamentin sədri Şalva Papuaşvili bəyanat yayıb.
Papuaşvili bildirib ki, Avropa Parlamentindən səslənən soyadlar və adlar vaxtilə Saakaşvilinin rejiminin tərəfdarları olub:
“İstintaq komissiyasında ifadə vermək məcburidir. Bu, onların da marağındadır ki, Cinayət Məcəlləsini pozmasınlar – baxmayaraq ki, onlar bu qanunu daha əvvəl dəfələrlə pozublar və dələduzluq ittihamı ilə barələrində hökm çıxarılıb.”
Papuaşvili əlavə edib ki, bu istintaq prosesi Gürcüstan cəmiyyəti, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilməlidir:
“Xüsusilə gənclərə müraciət edirəm – bu prosesi izləsinlər və görsünlər ki, bu gün onlara dəstək verməyə çağıran insanlar kimlərdir. Onlar Gürcüstanın hansı vətəndaşlarıdır və həmin dövrdə bu rejimi dəstəkləyən xaricilər kimlərdir. Elə həmin adlar bu gün də Avropa Parlamentindən səslənir – Rasa Yukneviçene və digərləri. Onlar Saakaşvilinin hakimiyyəti dövründə onun dəstəkçiləri idilər. Elə həmin insanlar 2021-ci ildə onun Gürcüstana qayıdıb ölkəni qarışdırmasını alqışlayırdılar.”
Parlament sədri əlavə edib ki, bu günlərdə səslənən bütün faktlar – işgəncələr, biznesin reketə məruz qalması və digər məsələlər – “Milli Hərəkat” rejiminin xarici himayədarları tərəfindən yaşıl işıqla müşayiət olunub:
“Bu gün həmin biznes reketçilərinin bir qismi siyasətdə, bir qismi isə mediadadır. Ona görə də bu prosesə hamı, xüsusilə də gənclər baxmalıdır. Çünki bu gün küçədə dayanan, guya müxalifət olan insanlar da elə həmin adamlardır.”
mənbə: interpress