Tbilisidə “Gürcüstan, səni yenidən qoruyacağıq” adlı tədbir keçiriləcək

May 26, 2025 - 12:41
 0  7
Tbilisidə “Gürcüstan, səni yenidən qoruyacağıq” adlı tədbir keçiriləcək

Bu gün, hökumətin təşkil etdiyi rəsmi tədbirlərlə yanaşı, Tbilisidə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili, müxalifət partiyaları və vətəndaş cəmiyyəti tərəfindən bir sıra tədbirlər və yürüşlər planlaşdırılıb.

Bu barədə aksiya təşkilatçıları  sosial şəbəkələrdə məlumat yayıb.

"26 May Milli Komitəsi” tərəfindən təşkil olunan əsas tədbirlər “Gürcüstan səni yenidən qoruyacaq” şüarı altında, saat 15:00-dan etibarən Rustaveli prospektində başlayacaq.

Məlumata görə, gün ərzində bir neçə yerdən yürüşlər keçiriləcək. Saat 16:00-dan etibarən müxtəlif yürüşlər start götürəcək, saat 19:00-da isə Gürcüstanın beşinci prezidenti Rustaveli prospektində toplaşanlara müraciət edəcək. Tədbirlərin əsas hissəsi Rustaveli Teatrından “Şağirdlər və Gənclər Sarayına” qədər uzanacaq.

Bundan əlavə, saat 16:00-da Filarmoniyadan mədəniyyət sahəsinin nümayəndələrinin yürüşü başlayacaq. Onlar Filarmoniyadan parlamentə qədər “Bədii Manifest” irəli sürəcəklər.

Saat 20:00-da Rustaveli prospektində, Birinci Gimnaziyanın qarşısında, Gürcüstanın Müstəqillik Günündə 10 müxtəlif universitetin tələbələri öz planları haqqında danışacaqlar. Saat 17:00-dan isə sərgi məkanı fəaliyyətə başlayacaq.

"1918-ci il 26 mayda Gürcüstan müstəqilliyini elan edərək Demokratik Respublika yaratdı. 1991-ci ildən isə SSRİ-dən ayrılaraq müstəqillik gününü yenidən 26 may tarixində qeyd edir. Bu tarix vətənimizin azadlığı və müstəqilliyinin simvoludur. Rustaveli prospekti bütün gün Gürcüstanın azadlığı uğrunda yorulmadan mübarizə aparan insanları qəbul edəcək. Səhərdən etibarən keçiriləcək tədbirlər keçmişimizə, bu günümüzə və gələcəyimizə həsr olunacaq.

Bizim müstəqilliyimizə qarşı hələ də Rusiya imperiyası mübarizə aparır. Bu imperiya ilk respublikanı məhv etdi və azadlıq uğrunda döyüşən qəhrəmanların tarixini silməyə çalışdı. Rusiya tərəfindən idarə olunan İvanişvilinin marionet hökuməti isə bu gün də Gürcüstanın qəhrəmanlarının xidmətlərini, azadlıq ideyasını əhəmiyyətsizləşdirməyə və ölkəmizi neytrallaşdırmağa çalışır, Gürcüstanı təcrid edib Rusiyanın qarşısında yalnız qoymağa çalışır. Amma Gürcü xalqı əzmkarlıq və fədakarlıqla azadlıq və müstəqilliyini qorumaq üçün mübarizəsini davam etdirir.

26 mayda Rustavelidə Gürcüstanın milli yaddaşı yenidən dirçələcək və qəhrəman əcdadlarımızın izlərindən gələn səs – bu gün hər yerdə, o cümlədən Rustavelidə, həbsxanalardan, mühacirətdən, beynəlxalq tribunalardan – müqavimət göstərənlərin səsi eşidiləcək!

Və fasiləsiz etirazın 180-ci günü bir yumruq kimi birləşmiş gürcü cəmiyyəti yenidən dost və düşmənə açıq mesaj verəcək:

Biz Gürcüstanı qoruyuruq -qoruyurduq və qoruyacağıq – sonadək!”- təşkilatçıların məlumatında deyilir.

mənbə: interpress