DİN: Şəxs 2 nəfərə küt alətlə xəsarət yetirib, zərərçəkənlər klinikaya aparılıb

DİN-in məlumatına görə, polis əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü G.F.-ni sağlamlığa qəsdən ağır xəsarət yetirmək ittihamı ilə saxlayıb.
Cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qurumun açıqlamasına əsasən, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində baş vermiş qarşıdurma zamanı 1967-ci il təvəllüdlü K.Ç.-yə və 1961-ci il təvəllüdlü K.T.-yə küt alətlə müxtəlif xəsarətlər yetirib.
Zərərçəkənlər xəstəxanaya aparılıblar.
TV Pirvelinin məlumatına görə, hadisə Mtsxeta rayonunun Ereda kəndində baş verib.
Saxlanılan şəxs Koba Çeişviliyə və Koba Tezelashviliyə baltadan və çəkicdən istifadə edərək hücum edib.
Yerli sakinlər telekanala bildiriblər ki, xəsarət alanların sifət sümükləri sındırılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (sağlamlığa qəsdən ağır xəsarət yetirmə), 118-ci (sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) və 126-cı (zorakılıq) maddələrinin birinci bəndi üzrə aparılır.
mənbə: marneulifm