Sinoptiklər açıqladı: Gürcüstanda isti payız havası qayıdır

Oct 6, 2026 - 22:36
 0  27
Sinoptiklər açıqladı: Gürcüstanda isti payız havası qayıdır

XEBER.GE xeber  verir ki, Gürcüstanda yaxın günlərdə hava şəraitinin dəyişəcəyi və ölkə ərazisində tədricən istiləşmənin müşahidə olunacağı gözlənilir.

7 oktyabr: Ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış, yüksək dağlıq zonalarda isə duman olacağı ehtimal edilir. Gündüz saatlarında düzənlik ərazilərdə havanın temperaturu +17, +22 dərəcə təşkil edəcək. Paytaxt Tbilisidə nisbətən sərin və yağışlı hava şəraiti gözlənilir, temperatur təxminən +22 dərəcə olacaq.

8 oktyabr: Temperaturun yüksələcəyi proqnozlaşdırılır. Qərbi Gürcüstanda gündüz saatlarında hava +23, +28 dərəcəyədək, Şərqi Gürcüstanda isə +20, +25 dərəcəyədək qızacaq. Bununla belə, bəzi rayonlarda qısamüddətli yağış və şimşək çaxması mümkündür. Tbilisidə də havanın istiləşəcəyi və temperaturun +24 dərəcəyə çatacığı gözlənilir.

10-13 oktyabr: Sinoptiklərin məlumatına görə, bu dövrdə Gürcüstanda isti payız havası hökm sürəcək və gündüz saatlarında temperatur əsasən +23, +25 dərəcə ətrafında olacaq.