Tbilisidə yeniyetmələr arasında bıçaqlı insident

Oct 7, 2026 - 10:56
 0  19
Tbilisidə yeniyetmələr arasında bıçaqlı insident

Tbilisidə qanlı insident baş verib – qəsdən sağlamlığa ağır zərər vurmakdө şübhəli bilinən yeniyetmə saxlanılıb.

XEBER.GE xeber  verir ki, istintaqla müənyən edilib ki, Tbilisidə qarşılıqlı mübahisə zəminində yaranmış münaqişə nəticəsində təqsirləndirilən şəxs kəsici alətdən istifadə edərək bir nəfərə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının "isti izlərlə" həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Bu əməl 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.