Keçmiş həyat yoldaşı tərəfindən yandırılan qadın ölüb
Kaspidə keçmiş həyat yoldaşı tərəfindən ağır xəsarətlər alan və yandırılmaq cəhdinin qurbanı olan gənc qadın, Tatya Lominadze, bu gün səhər xəstəxanada vəfat edib.
Ona bədənin 40-45%-ni əhatə edən yanıq diaqnozu qoyulmuşdu və vəziyyəti kritik dərəcədə ağır idi.
Xatırladaq ki, hadisə 25 sentyabrda Kaspidə baş verib. Tatya Lominadzeyə keçmiş həyat yoldaşı bıçaqla sinə və boğaz nahiyəsindən xəsarətlər yetirib, daha sonra üzərinə benzin tökərək yandırmağa cəhd edib. Hüquq-mühafizə orqanları həmin gün şübhəlini saxlayıblar.
Zurab Burdul barəsində ittiham Gürcüstan Cinayət Məcəlləsinin 11 prim, 19-109-cu maddəsinin “t”, “k” və “m” bəndləri ilə irəli sürülüb – ağırlaşdırıcı hallarda qadın və kişi bərabərliyinə dözümsüzlük zəminində, ailə üzvünə qarşı, xüsusi qəddarlıqla törədilmiş qəsdən adam öldürməyə cəhd. Bu maddə 20 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
mənbə: Intrepress.ge