Kobuleti- Batumi yolunda ağır yol qəzası baş verib

May 31, 2025 - 14:43
 0  19
Kobuleti- Batumi yolunda ağır yol qəzası baş verib
: :
playing

Kobuleti-Batumi dolama yolunun mərkəzi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı yük maşını ilə minik avtomobili toqquşub. Onların hər ikisi yoldan çıxaraq aşıb.

Ölən gənc oğlandır. Digər yaralı isə klinikaya yerləşdirilib.

Qəza yerinə müvafiq xidmətlərin nümayəndələri səfərbər edilib.

mənbə: interpress