Qəza nəticəsində yaşlı kişi həyatını itirdi
Qareli bələdiyyəsində 60 yaşınadək kişi əl traktoru idarə edərkən yolun hərəkət hissəsindən çıxaraq qəzaya düşüb və həyatını itirib.
Hadisə Bredi kəndində baş verib.
Ölən şəxs kəndin kənarında ölü halda həmkəndliləri tərəfindən tapılıb.
Yerli sakinlərin sözlərinə görə, ehtimal olunur ki, kişi traktorla hərəkətdə olarkən qəfil özünü pis hiss edib və idarəetməni itirərək yoldan çıxıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı bəndi ilə istintaq aparılır.
mənbə: interpress