Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub, magistral yol bağlanıb
Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə Arhavi şəhərindəki avtomobil yolunda baş verib və magistral yol bağlanıb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb, təmizləmə işləri aparılır.
Xəsarət alan və ya ölümlə bağlı məlumat verilməyib.
mənbə: report