Bəzi səfirlik və xarici təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır, bu, üzücüdür

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi səfirliklər və təşkilatların fəaliyyətinin dəyərlərə əsaslanmadığını və bunun çox üzücü, təəssüf doğurduğunu bildirib.
Baş nazirin sözlərinə görə, xarici həmkarları bəzən ekstremist və radikal fəaliyyətləri konkret bəyanatlarla təşviq edirlər, bu da əlavə narahatlıq yaradır.
İ.Kobaxidze əlavə edib ki, bu cür fəaliyyətlərə ilk dəfə şahid olmurlar, lakin bəzi xarici tərəfdaşlar bunu ya susqunluqla, ya da konkret açıqlamalarla dəstəkləyirlər.
O, belə hərəkətlərin, xüsusilə də uzunmüddətli demokratik ənənələrə sahib ölkələrdən gəldikdə, çox təəssüf doğurduğunu vurğulayıb.