Marneulidə bazarın yaxınlığında orta yaşlı kişi dünyasını dəyişib

May 27, 2025 - 14:15
May 27, 2025 - 14:17
 0  37
Marneulidə bazarın yaxınlığında orta yaşlı kişi dünyasını dəyişib

Bu gün, 27 may tarixində, saat 13:00 radələrində Marneulidə, bazarın yaxınlığında orta yaşlı bir kişi dünyasını dəyişib.

Kişi qəfildən özünü pis hiss edib və yerə yıxılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər o, həyatını itirib.

Məlumatlara əsasən, dünyasını dəyişən şəxs 60 yaşında olub və Marneulidə yaşayıb. 

Onun Bolnisi rayonunun Kəpənəkçi kəndindən olduğu bildirilir.

Hazırda hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub, ərazi sarı lentlə əhatəyə alınıb.

Ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı müvafiq qurumlar araşdırma aparır.

mənbə: marneulifm