Tbilisidə azərbaycanlıya qarşı etnik zəmində insident

Sep 24, 2025 - 22:32
 0  61

Tbilisidə etnik zəmində daha bir qarşıdurma baş verib.

Hadisə Marcanişvilidə, azərbaycanlıya məxsus qida obyektində baş verib.

Məlumata görə, orada çalışan şəxsə bir nəfər yaxınlaşaraq gürcü dilini niyə bilmədiyini soruşub. Azərbaycanlı gənc yetərli səviyyədə gürcü dilini bildiyini qeyd etsə də, bu gürcünün daha da aqressivləşməsinə və nəticədə silah çıxarmasına səbəb olub.

Daxili İşlər Nazirliyi bildirib ki, həmin şəxs artıq saxlanılıb və ona qarşı CM-nin 151-ci (hədə-qorxu gəlmə) və 236-cı (qanunsuz olaraq odlu silah saxlamaq) maddələri üzrə istintaq başlanılıb.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl də Marneulidə "Melody" şirniyyat mağazasında da oxşar hadisə qeydə alınıb. Bələdiyyə sədrinin müavinin oğlu azərbaycanlı gəncə gürcü dilini bilməməsi səbəbindən fiziki təzyiq göstərib. Həmin şəxs tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, lakin 15000 lari girov müqabilində azadlığa buraxılıb.

mənbə: Intrepress.ge