Tbilisidə güclü dolu və leysan--VİDEO

Jun 20, 2026 - 18:39
 0  31

Paytaxt Tbilisidə güclü dolu və onunla bərabər intensiv leysan yağışları qeydə alınıb.

Təbii fəlakətin fəsadlarını əks etdirən foto və videolar yerli sakinlər tərəfindən sürətlə sosial şəbəkələrdə paylaşılır.

XEBER.GE xeber  verir ki, sosial şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, güclü yağıntı nəticəsində şəhərin bir çox mərkəzi və kənar küçələri tamamilə su altında qalıb.

Dolu dənələrinin ölçüsünün iriliyi diqqət çəkib. Hazırda intensiv yağış səbəbindən yollarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaşanır.