Tbilisidə faciə: Marneulidən olan tələbə qız mənzildə ölü tapılıb

Apr 19, 2026 - 14:47
 0  57
Tbilisidə faciə: Marneulidən olan tələbə qız mənzildə ölü tapılıb

  Tbilisidə faciəvi hadisə baş verib. Mənzillərdən birində 24 yaşlı gənc qızın meyiti aşkar edilib.

Xeber.ge xeber  verir ki, vəfat edən gənc qız əslən Marneuli rayonunun Yuxarı Saral (Zemo Sarali) kəndindəndir. O, paytaxta ali təhsil almaq məqsədilə gəlibmiş və Tbilisidə kirayə qaldığı mənzildə ölü tapılıb.

  Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb.

Hadisənin dəqiq səbəbləri, ölümün hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq ekspertizalar təyin olunub və istintaq tədbirləri davam etdirilir.