Xüsusi əməliyyat zamanı öldürülən şəxs kim idi?

Nov 5, 2025 - 15:24
 0  70
Xüsusi əməliyyat zamanı öldürülən şəxs kim idi?

Qabal kəndində keçirilən xüsusi əməliyyat zamanı öldürülən Mirzə Əliyev Laqodexi Şurasının keçmiş deputatıdır.

Xeber.ge xəbər verir ki, o, sonuncu dəfə 2010-2014-cü illərdə Şurada işləyib.

Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidzə fövqəladə brifinqdə bildirib ki, Əliyev "Xüsusi Təyinatlı Dəstənin əməkdaşlarına qarşı intensiv atəş açıb. Nəticədə, xüsusi təyinatlılardan biri sinə nahiyəsindən ağır yaralanıb. Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə neytrallaşdırılıb."