Gürcüstanda “oğru dünyası” ilə əlaqəli azərbaycanlı zərərsizləşdirilib

Nov 5, 2025 - 11:56
Nov 5, 2025 - 11:59
 0  68
Gürcüstanda “oğru dünyası” ilə əlaqəli azərbaycanlı zərərsizləşdirilib

Polisə atəş açan şəxs neytrallaşdırılıb. Xüsusi əməliyyat bir neçə saat əvvəl Laqodexi rayonunun Qabal kəndində həyata keçirilib.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Mirzə Əliyev onu həbs etmək üçün gələn xüsusi təyinatlı dəstəyə atəş açıb. Departamentin məlumatına görə, intensiv atışma nəticəsində xüsusi təyinatlılardan biri sinə nahiyəsindən ağır yaralanıb.

Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə neytrallaşdırılıb.

Rəsmi məlumata görə, Mirzə Əliyev sözdə oğru dünyası ilə əlaqə saxlamaqda ittiham olunaraq həbs edilməli idi.

Departamentdə deyirlər ki, cari cinayət işi üzrə ümumilikdə 34 nəfər həbs edilib