Gürcüstanın Milli Bankı lari məzənnəsini saxlamaq üçün daha 40 milyon ABŞ dolları satdı
25 oktyabrda keçirilmiş Gürcüstan Milli Bankının valyuta hərracında Mərkəzi Bank 40 milyon ABŞ dolları satıb.
Milli Bankın müdaxiləsinə baxmayaraq, 25 oktyabr ticarət nəticələrinə əsasən, lari həm dollar, həm də avroya nisbətdə yenə də dəyərini itirib. Bir dolların dəyəri 2.7198 lari, avronun isə 2.9442 lari təşkil edir.
Oktyabr ayında Milli Bank dörd dəfə hərracda dollar satıb və ümumilikdə 213 500 000 dollar satıb.
mənbə: marneulifm