Gürcüstan hökuməti strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib

Oct 25, 2024 - 21:21
 0  20
Gürcüstan hökuməti strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib

Gürcüstan hökuməti bloklanması cinayət məsuliyyətinə səbəb ola biləcək strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərar imzalayıb.

Qərara əsasən, strateji obyektlərin ələ keçirilməsi və ya bloklanması dörd ilə qədər həbslə cəzalandırılır, terror hərəkətləri halında isə bu cəza 10 ildən 15 ilə qədərdir.

Strateji obyektlərə aşağıdakılar daxildir:

Gürcüstan parlamenti
- Acarıstanın Ali Şurası
- nazirliklər
- yerli özünüidarə orqanları
- məhkəmələr və prokurorluq
- Dövlət Təhlükəsizlik Xidməti və Kəşfiyyat Xidməti
- Gürcüstan Milli Bankı
- səfirliklər və konsulluqlar
- Gürcüstanın Mərkəzi Seçki Komissiyası
- Gürcüstan Patriarxiyası
- dövlət sərhəd keçid məntəqələri
- enerji və su təchizatı ilə əlaqəli obyektlər
- tibb müəssisələri, televiziya və radio şirkətlərinin binaları
- limanlar, dəmir yolları, metro və hava limanları.

mənbə: report