Quriya bölgəsində dəmir yolunda bədbəxt hadisə baş verib
Gürcüstanın Quriya bölgəsində bədbəxt hadisə baş verib, azyaşlı uşaq qatarın altında qalıb.
Xeber.ge xeber verir ki,
Gürcüstan Daxili İşlər Nazirliyindən "Tabula" nəşrinə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsi (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurulması) ilə istintaq başlanılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.