Ölkədə hava şəraiti kəskin pisləşəcək

Sentyabrın 26-sı günün sonundan 28-i günün birinci yarısınadək Şərqi Gürcüstanın əksər rayonlarında yağıntılı hava şəraiti gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Kaxeti ərazisində və dağlıq rayonlarda bəzi yerlərdə güclü yağış, ildırım, dolu və küləyin qısamüddətli güclənməsi mümkündür.
Proqnoz edilən yağıntılar nəticəsində Şərqi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması, kiçik çaylarda daşqınların baş verməsi, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi gözlənilir. Agentlik təhlükə səviyyəsini orta olaraq qiymətləndirib.
mənbə: Intrepress.ge