1 may tarixindən etibarən Suxumi hava limanından Rusiyaya aviareyslər başlayır

May 1, 2025 - 13:49
 0  29
1 may tarixindən etibarən Suxumi hava limanından Rusiyaya aviareyslər başlayır

Bu gündən, 1 maydan etibarən Abxaziya ilə hava əlaqəsi bərpa olunur.

Bu əlaqə Abxaziya müharibəsinə görə 30 ildən artıqdır ki, dayandırılmışdı.
İlk reys bu gün "ЮВТ АЭРО" (UVT Aero) aviaşirkəti tərəfindən Vnukovo–Suxumi marşrutu üzrə həyata keçiriləcək. İkinci reys 3 mayda olacaq, bundan sonra isə uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək. Məlumatı Rusiya Nəqliyyat Nazirliyi yayıb.

“6 maydan etibarən ‘İkar’ aviaşirkəti Nijni Novqoroddan Suxumiyə uçuşlara başlayacaq və bu marşrut üzrə də həftədə bir dəfə reys həyata keçiriləcək. Həmçinin ‘İkar’ tərəfindən 3 iyundan Ufadan və ‘Severnıy Veter’ tərəfindən 4 iyundan Kazandan uçuş imkanları hazırlanır”, – deyilir nazirliyin məlumatında.

Hər iki aviaşirkət Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb və Aİ ərazisində uçuş həyata keçirmələri qadağandır. Aİ 2022-ci ildə UVT Aero və “İkar” şirkətlərini Avropa İttifaqının Hava Təhlükəsizliyi Siyahısına (EU Air Safety List) əlavə edib ki, bu da onların Aİ ərazisində fəaliyyətini yasaqlayır.

Suxumi Beynəlxalq Hava Limanı Abxaziya müharibəsindən sonra fəaliyyət göstərmirdi. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tanınması olmadan, Abxaziya ərazisindən beynəlxalq reyslərin həyata keçirilməsi Gürcüstan qanunvericiliyi və beynəlxalq normalarla ziddiyyət təşkil edir. Lakin Rusiyanın aktiv iştirakı və böyük investisiyası ilə hava limanı fəaliyyətini bərpa edir. Fevralın əvvəlində test uçuşu həyata keçirilmişdi – Suxumi hava limanı 30 ildən sonra ilk reysi Moskvadan qəbul etdi.

Suxumi hava limanının yenidənqurması Rusiya şirkəti “İnfrastruktur İnkişafı” tərəfindən həyata keçirilir. 2023-cü il oktyabrın 27-də Abxaziya hökuməti bu şirkətlə dövlət-özəl tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən, Suxuminin bəyanatına görə, hava limanı, onun infrastrukturu və tarixi terminalı Abxaziyanın mülkiyyətində qalır. Həmçinin obyektin ikili təyinatlı statusu və hava limanının adı da saxlanılacaq.

mənbə: marneulifm