NATO qoşunları Gürcüstana gəlir

Jan 17, 2025 - 21:51
 0  89
NATO qoşunları Gürcüstana gəlir

Gürcüstan və NATO ölkələrinin hərbi qulluqçularının komanda-qərargah təlimləri aprelin 28-dən mayın 8-dək Tiflis yaxınlığındakı Krtsanisidəki Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin ərazisində keçiriləcək.

Bu barədə İtaliyanın Tiflisdəki səfirliyi məlumat yayıb.

Səfirlik əlavə edib ki, təlimin məqsədi Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin imkanlarını yoxlamaq və əsasən gürcülərdən ibarət briqadanın sınaqdan keçirilməsidir.

mənbə: axar