Dünyada aclıq çəkən insanların sayı
2024-cü il ərzində dünyada 673 milyon insan aclıqdan əziyyət çəkib, 2,3 milyard insan isə ərzaq təhlükəsizliyi ilə bağlı çətinliklərlə üzləşib.
Xeber.ge xəbər verir ki,
İqlim dəyişikliyi aclıq və yoxsulluğun artmasına, bununla yanaşı kütləvi miqrasiya və münaqişələrin yaranmasına səbəb olur, silahlı toqquşmalar isə öz növbəsində aclığı daha da dərinləşdirir.
Aclığa qarşı mübarizə sadəcə humanitar məsələ deyil — bu, eyni zamanda qlobal təhlükəsizlik məsələsidir.
Qeyd edək ki, bu il aclıqdan ən çox əziyyəti Qəzza sektoru əhalisi çəkib. İsrailin Fələstin xalqına qarşı hərbi cinayətləri, blokadası nəticəsində yüzlərlə insan aclıqdan həyatını itirib.
mənbə: azshafaqna.com