Yeni ilin ilk günlərində hava necə olacaq?

Dec 31, 2024 - 13:44
 0  58
Yeni ilin ilk günlərində hava necə olacaq?

Dekabrın 31-də və yanvarın 1-də Gürcüstanda bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, yanvarın 2-dən isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Ətraf Mühit  Agentliyi məlumat yayıb.

Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

“Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 31-də və yanvarın 1-də yağış yağacaq, yanvarın 2-dən isə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) dekabrın 31-də və yanvarın 1-də yerlərdə yağış yağacağı, yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): yanvarın 2-dək bəzi yerlərdə yağıntılı olacağı, bundan sonra hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 31-də və yanvarın 1-də bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 1-3 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 31-də bəzi yerlərdə yağış yağacağı, yanvarın 1-3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): yanvarın 2-dək bəzi yerlərdə qar yağacaq, bundan sonra hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +4, +6 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 2-dək bəzi yerlərdə qar yağacaq, yanvarın 2-dən isə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 0, +5 dərəcə təşkil edəcək”, - məlumatda bildirilir.

mənbə: interpress