Fələstinli körpələr soyuqdan donaraq ölürlər – DƏHŞƏTLİ MƏNZƏRƏ…

Dec 31, 2024 - 13:14
 0  64
Fələstinli körpələr soyuqdan donaraq ölürlər – DƏHŞƏTLİ MƏNZƏRƏ…

Son bir həftə ərzində Qəzza sektorunda soyuqdan donaraq dünyasını dəyişən fələstinlilərin sayı, 6-sı körpə olmaqla, 7 nəfərə çatıb.

Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektoru hökumətindən məlumat verilib.

Xatırladaq ki, 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektoru İsrailin hərtərəfli – havadan, qurudan, sudan tam mühasirəsi altındadır. Bölgədə ərzaq və çatışmazlığı yaşanır, evləri dağıdılan fələstinlilərin qalmağa yerləri yoxdur.

Qeyd edilib ki, dünən 1 aylıq bir körpə Cümə əl-Bərtan, bu gün isə onun əkiz qardaşı Əli əl-Bərtan soyuqdan həyatını itirib. Ümumilikdə isə son həftə ərzində 6 körpə və 1 nəfər də tibb işçisi eyni səbəbdən həlak olub.

“Biz dəfələrlə qışın və soyuqların yaxınlaşması təhlükəsi, həmçinin xalqımızın üzləşdiyi faciəvi reallıq barədə xəbərdarlıqlar etmişdik”, – deyə qeyd edilib.

Əlavə edilib ki, evlərindən didərgin düşmüş fələstinlilərin həyatlarının pisləşməsinin səbəbkarları İsrail, ABŞ, Britaniya, Almaniya və Fransadır.

Qəzza sektoru hökuməti beynəlxalq ictimaiyyəti, ərəb və İslam ölkələrini, həmçinin müvafiq təşkilatları ağır şəraitdə yaşamalı olan qəzzalıları xilas etməyə və onların yaşayış yeri, su-ərzaq və dərman kimi ən zəruri ehtiyaclarının qarşılamağa çağırıb.

Nəzərinizə çatdıraq ki, artıq 15 aydan çoxdur ki, 2,3 milyon nəfərlik 

mənbə: az.shafaqna.com