Bolnisidə hələ də xüsusi təyinatlılar yerləşdirilmiş vəziyyətdədir

Dec 31, 2024 - 15:40
Dec 31, 2024 - 15:49
 0  200
Bolnisidə hələ də xüsusi təyinatlılar yerləşdirilmiş vəziyyətdədir

Bolnisidə polis qüvvələri hələ də səfərbərolunub. 

 DİN-in xüsusi təyinatlı qüvvələri hazırda Bolnisinin Mərkəzi Klinikasının yaxınlığında yerləşdirilib.

Xatırladaq ki, ötən gecə Naxiduri kəndində baş verən yol-nəqliyyat hadisəsi iki yeniyetmənin ölümü ilə nəticələnib və bu, qarşıdurmaya səbəb olub. Hadisə nəticəsində 9 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Yerli sakinlər sürücünün onlara təhvil verilməsini və cəzalandırılmasını tələb ediblər. Vəziyyət o qədər gərginləşib ki, əraziyə polis qüvvələrinin xüsusi şəkildə cəlb edilməsi zərurəti yaranıb. Avtomobili idarə edən 21 yaşlı sürücü saxlanılıb. 

DİN-in məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.

mənbə: interpress