21 yaşlı gəncin qətlində təqsirləndirilən şəxsə ittiham irəli sürüldü

Mar 18, 2025 - 10:42
 0  16
21 yaşlı gəncin qətlində təqsirləndirilən şəxsə ittiham irəli sürüldü

Prokurorluğun məlumatına görə, Tbilisidə törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfərə ittiham irəli sürülüb. Hadisə 21 yaşlı idmançı Qiorqi Axalayanın qətli ilə bağlıdır.

Qətl martın 16-da gecə saatlarında baş verib.

“Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, martın 16-da Tbilisidə, Rike parkında yerləşən ‘Bari Saxelosno’ barının yaxınlığında təqsirləndirilən şəxs mübahisə zamanı zərərçəkmişə bıçaqla xəsarət yetirib. Aldığı yaralar nəticəsində zərərçəkmiş xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər”, – deyə rəsmi açıqlamada bildirilir.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham irəli sürülüb. Bu maddə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

mənbə: marneulifm