Çavçavadze prospektində qətl törədən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Tbilisinin Çavçavadze prospektində adam öldürməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Q.U.-nu həbs edilib. O, qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmədə ittiham olunur.
"Aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə, Çavçavadze prospektində iki nəfərə odlu silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə, 1964-cü il təvəllüdlü L.J. hadisə yerində dünyasını dəyişib, 1965-ci il təvəllüdlü G.Ç. isə xəstəxanaya yerləşdirilib", – deyə rəsmi məlumatda bildirilir.
mənbə: marneulifm