Sürücülük imtahanında müfəttişə rüşvət təklif edən şəxs saxlanılıb

Aug 4, 2026 - 20:46
Aug 4, 2026 - 20:47
 0  14
Sürücülük imtahanında müfəttişə rüşvət təklif edən şəxs saxlanılıb
: :
playing

Prokurorluğun məlumatına görə, dövlət qulluqçusuna rüşvət vermə faktı üzrə bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, Qurum saxlanılan şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

"Acariya Muxtar Respublikası Prokurorluğu tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində sürücülük hüququ almaq üçün keçirilən praktiki imtahan zamanı kobud səhvə yol verən və imtahandan kəsilməli olan sürücülüyə namizəd imtahan götürən şəxsə pul təklif edərək imtahanı davam etdirməyi xahiş edib. İmtahan götürən şəxs pulu almaqdan imtina edib, elektron bazada mənfi nəticəni qeydə alıb və baş verənlər barədə hüquq-mühafizə organlarına məlumat verib.

Acariya Muxtar Respublikası Prokurorluğunun əməkdaşları təxirəsalınmaz və intensiv istintaq tədbirləri nəticəsində rüşvət verən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar. Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürüləcək ki, bu da 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur," — qurumun yaydığı bəyanatda bildirilir.