Gürcüstanda bəzi şagirdlərə məktəbli forması pulsuz veriləcək
XEBER.GE xeber verir ki, məktəbli formasını pulsuz alacaq uşaqların altı kateqoriyası bəlli oldu — Irakli Kobaxidze müvafiq qərarı avqustun 3-də imzalayıb.
Məktəbli formaları aşağıdakı şəxslərə pulsuz veriləcək:
Sosial baxımdan müdafiə olunmayan ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və ailələrinin reytinq xalı 65 001-dən az olanlara;
Himayədar tərbiyə dövlət proqramında iştirak edənlərə;
Kiçik ailə tipli evlərdə yerləşdirilənlərə;
Kimsəsiz uşaqlar üçün sığınacaq xidmətlərinə cəlb olunanlara;
Tbilisi uşaq evində yerləşdirilənlərə;
2022-ci il fevralın 24-də Ukraynada başlayan müharibə səbəbindən vətənə qayıda bilməyənlərə.
Məlumdur ki, oğlanlara 1 pencək və 2 şalvar, qızlara isə 1 pencək, 1 şalvar və 1 ətək veriləcək.