Suramidə monastır qarət olunub

Dec 21, 2025 - 15:24
 0  14
Suramidə monastır qarət olunub

Suramidə monastır qarət olunub – ianə qutusundan pul və kilsə əşyaları oğurlanıb. Cinayəti törətdikdən sonra 46 yaşlı kişi hadisə yerindən qaçsa da, polis onu qısa müddətdə saxlayıb.

Xeber.ge xeber  verir ki, DİN-nin məlumatına görə, təqsiri sübuta yetirilərsə, saxlanılan şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qurumun bildirdiyinə əsasən, həmin şəxs bu monastırı keçmişdə də qarət edib.