Gürcüstanda yeni virusun yayılması kəskin artıb

Dec 21, 2025 - 14:20
 0  24
Gürcüstanda yeni virusun yayılması kəskin artıb

Gürcüstanda virus infeksiyalarının yayılması kəskin şəkildə artıb – “donuz qripi” ilə paralel olaraq ölkədə A tipli, sözdə Honq-Konq ştammı da aktivləşib. Mütəxəssislərin məlumatına görə, bu virus daha sürətlə yayılır və tez-tez ağır gedişatla xarakterizə olunur.

Xeber.ge xeber  verir ki, son həftələrdə tibb müəssisələrinə müraciətlərin sayı xeyli artıb. Pasiyentlərdə əsasən yüksək hərarət, öskürək, güclü halsızlıq, baş və boğaz ağrıları, həmçinin iştahanın azalması müşahidə olunur.

Həkimlər simptomlar yarandığı halda vətəndaşları vaxtında tibbi yardıma müraciət etməyə çağırır. Onlar həmçinin viruslara qarşı vaksinasiyanı qoruyucu tədbir kimi tövsiyə edirlər.