Batumidə qətl cəhdinə görə bir nəfər saxlanılıb

Dec 21, 2025 - 15:35
 0  6
Batumidə qətl cəhdinə görə bir nəfər saxlanılıb

Batumidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1992-ci il təvəllüdlü G.M. isti izlərlə saxlanılıb.

Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı 2006-cı il təvəllüdlü G.K.-ya bıçaqla bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı tibb müəssisəsinə yerləşdirilib. Polis G.M.-ni şübhəli şəxs qismində isti izlərlə saxlayıb.

Hüquq-mühafizə orqanları cinayətin törədilməsində istifadə olunan aləti – bıçağı maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19–108-ci maddəsi üzrə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.