Silah və sursatın qanunsuz saxlanılmasına görə bir nəfər saxlanılıb

Sep 7, 2025 - 11:47
 0  16
Silah və sursatın qanunsuz saxlanılmasına görə bir nəfər saxlanılıb

Qaxeti polis departamentinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində odlu silah və sursatın qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.S.-i saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Qvareli bələdiyyəsində yerləşən evində aparılan axtarış zamanı maddi sübut kimi müxtəlif silah və sursat götürülüb. Onların arasında:

iki avtomat silah,

ov tüfəngləri,

şüşxana,

107 patron,

7 daraq,

səsboğucu,

avtomat üçün nəzərdə tutulmuş müxtəlif metal hissələr olub.

Bundan əlavə, şüşə qabda saxlanılan, tərkibində narkotik maddə olduğu ehtimal edilən bitki ekstraktı da aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Bu maddə 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress