Gürcüstan millisi bu gün Bolqarıstanla qarşılaşacaq

Gürcüstan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki ikinci oyunu bu gün Tbilisidə, “Dinamo Arena” stadionunda baş tutacaq.
Qarşılaşma saat 17:00-da başlayacaq və oyunu canlı olaraq Gürcüstanın Birinci Kanalı yayımlayacaq.
Willi Sanyolun komandası E qrupundakı ilk oyununda Türkiyəyə 2:3 hesabı ilə məğlub olub. Bolqarıstan isə Sofiyada İspaniyaya qarşı 0:3 hesabı ilə uduzub. Hər iki komanda ilk turdakı məğlubiyyətdən sonra vacib xal qazanmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Gürcüstan yığması ötən yay Avropa çempionatında çıxış etsə də, hələ ki, dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Bu seçmə mərhələdə isə komanda tarixi uğura imza atmağa çalışır.
Millimiz qarşılaşmaya üç əsas oyunçusuz çıxacaq – Laşa Dvali, Otar Kiteişvili və Qiorqi Çakvetadze bu dəfə heyətdə yer almayacaqlar. Buna baxmayaraq, Willi Sanyolun komandadan böyük gözləntiləri var. Baş məşqçi Türkiyə ilə oyundan sonra 3-5-2 taktikasının köhnəldiyini bildirib və bu görüşdə dördmüdafiəçi ilə sistemin daha effektiv ola biləcəyini vurğulayıb.
mənbə: interpress