Gizli istintaq və operativ tədbirlərdə iştirak edən şəxsin kimliyinin gizli saxlanılması mümkün olacaq

“Gürcü Arzusu” Cinayət-Prosessual Məcəlləyə dəyişiklikləri sürətli rejimdə təqdim edir.
Dəyişikliklərə əsasən, operativ-axtarış tədbirində və ya gizli istintaq hərəkətində iştirak edən şəxsin şəxsiyyətinin gizli saxlanılması mümkün olacaq.
Şəxsin kimliyinin gizli saxlanılması səlahiyyəti baş prokurorun və ya onun müavininin razılığı ilə prokurora veriləcək.
Prokuror istintaq hərəkətlərini əks etdirən bütün material və sənədlərdə həmin şəxsin tanınmasını qeyri-mümkün edəcək şəkildə gizli saxlanmasını təmin edəcək.
Gizli saxlanılan şəxsin məlumatları dindirilmə protokolunda da göstərilməyəcək.
Əgər prokuror şəxsin şəxsiyyətinin gizli qalmasına qərar verərsə, o, məhkəmədə məsafədən (distant) şəkildə dindiriləcək, beləliklə müdafiə tərəfi onun kimliyini müəyyən edə bilməyəcək.
Müdafiə tərəfi istintaq materiallarından da gizli saxlanılan şəxsin kimliyini müəyyən edə bilməyəcək.
Bu şəxsin kimliyi istintaqın bütün mərhələlərində yalnız hakim üçün əlçatan olacaq.
Şəxsin tanınmasının məhdudlaşdırılması müddətsiz tətbiq oluna bilər. Bu məhdudiyyət yalnız baş prokurorun və ya onun müavininin razılığı ilə prokuror tərəfindən ləğv edilə bilər.
Dəyişiklik narkotik cinayətləri ilə bağlı qanunvericilik paketinin bir hissəsidir və artıq birinci oxunuşda qəbul olunub.
Layihə sürətli prosedurla nəzərdən keçiriləcək və bu gün, 2 iyulda iki oxunuşla qəbul olunacaq.
mənbə: marneulifm