2026-cı ilin ikinci rübündə Aİ ölkələrindən 2 140 Gürcüstan vətəndaşı çıxarılıb
2026-cı ilin ikinci rübündə Avropa İttifaqı ölkələrindən Gürcüstanın 2 140 vətəndaşı deportasiya edilib – məlumatı "Eurostat" yayıb.
Bu o deməkdir ki, blokun ərazisini tərk etmək barədə əmr verilmiş Aİ vətəndaşı olmayan şəxslər arasında 2 140 nəfər Gürcüstan vətəndaşıdır.
XEBER.GE xeber verir ki, ümumilikdə, ilin ikinci rübündə Aİ ölkələri 110 335 qeyri-rezidentə blokun ərazisini tərk etməyi əmr edib, üçüncü ölkələrə isə 36 825 nəfər qaytarılıb.
Deportasiya olunanlar arasında əksəriyyəti Əlcəzair (10 390), Mərakeş (6 200) və Suriya (5 180), üçüncü ölkələrə qaytarılanlar arasında isə əksəriyyəti Türkiyə (3 765) və Suriya (2 770) vətəndaşlarıdır.
Aİ-yə üzv olmayan ölkələrin ölkəni tərk etməsi əmr edilən vətəndaşlarının ən yüksək sayı Fransada (32 420), Portuqaliyada (11 190) və Almaniyada (8 160) qeydə alınıb. Üçüncü ölkələrə qaytarılan insanların ən yüksək sayı isə Almaniyada (8 400), Fransada (3 825) və Polşada (3 005) qeydə alınıb.