Batumidə 3 000 avro və sənədləri ələ keçirən iki xarici vətəndaş saxlanılıb

Oct 1, 2026 - 10:48
 0  15
Batumidə 3 000 avro və sənədləri ələ keçirən iki xarici vətəndaş saxlanılıb

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları kompleks şəkildə həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə ittihamı ilə xarici ölkənin iki vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər xarici ölkə vətəndaşına uydurma adlarla tanış olublar və ona Gürcüstanda işə düzəlməyi və yaşayış ichnəsi üçün lazımi sənədlərin qaydasına salınmasını söz veriblər. Bunun müqabilində isə əvvəlcədən 3 000 avro gətirilməsini tələb ediblər.

Acarıstana gəldikdən sonra təqsirləndirilən şəxslər kişidən 3 000 avro, şəxsiyyət vəsiqəsini və sim-kartı alaraq mənimsəyiblər və tələblərinə baxmayaraq onları geri qaytarmayıblar. Hadisənin ictimailəşəcəyi təqdirdə isə həyatına qəsd etməklə hədələyiblər.

Hüquq-mühafizəçilər isti izlərlə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki şəxsi təqsirləndlirilən qismində saxlayıblar.

Qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur", – deyə məlumatda qeyd olunub.