Mikroavtobus piyadanı vuraraq öldürüb
Xobi bələdiyyəsinin Xeta kəndində baş verən yol qəzası ölümlə nəticələndi.
Zuqdidi istiqamətində hərəkət edən mikroavtobus yolu keçmək istəyən piyadanı vurub.
Məlumata görə, 65 yaşlarında olan kişi yerindəcə dünyasını dəyişib. Hadisə yerinə patrul polisi səfərbər edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Mülki Məcəllənin yol hərəkəti və ya istismar qaydalarını pozma, insan ölümünə səbəb olmanı nəzərdə tutan 276-cı maddəsi ilə araşdırmalara başlanılıb.
mənbə: interpress