Tbilisidə "Ori Nabiji" marketi qarət olundu

Jun 18, 2026 - 12:18
 0  18
Tbilisidə "Ori Nabiji" marketi qarət olundu

Tbilisidə, Moskva prospektində yerləşən "Ori Nabiji" marketi qarət olunub. Cinayəti törədənlərin azyaşlılar   olduğu ehtimal edilir.

XEBER,GE xəbər verir ki, mağaza əməkdaşlarının ilkin baxışdan sonra verdiyi məlumata görə, marketdən əsasən "Kinder" şokoladları, spirtli içkilər və siqaretlər oğurlanıb. Hazırda dəymiş ziyanın dəqiq məbləği araşdırılır.

Moskva prospektində aparılan istintaq və əməliyyat-axtarış tədbirləri bir neçə dəqiqə əvvəl başa çatıb. Ekspert-kriminalistlər hadisə yerinin fotoşəkillərini çəkib, həmçinin ərazidəki təhlükəsizlik kameralarının görüntüləri (kamera qeydləri) polis tərəfindən müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq başladılıb