Soyuq silahla xəsarət yetirdiyinə görə 1 nəfər saxlanılıb

Jul 2, 2025 - 12:39
 0  33
Soyuq silahla xəsarət yetirdiyinə görə 1 nəfər saxlanılıb
: :
playing

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1985-ci il təvəllüdlü Z.H. qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə hadisə yerində isti izlərlə saxlanılıb.

DİN-in məlumatına əsasən, məsələ dünən Tbilisidə baş vermiş qarşıdurma hadisəsi ilə bağlıdır. İttiham olunan şəxs soyuq silahla bir kişiyə sinə nahiyəsindən yara yetirib. Nazirliyin verdiyi məlumata görə, yaralı tibbi müəssisəyə yerləşdirilib.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 1 iyul tarixində Tbilisidə yaranmış qarşılıqlı mübahisə zəminində, 1982-ci il təvəllüdlü R.A.-nı soyuq silahdan istifadə edərək sinə nahiyəsindən yaralayıb və hadisə yerindən qaçıb", – deyə DİN-in bəyanatında qeyd olunur.

Cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Qurumun məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır ki, bu da sağlamlığa qəsdən ağır zərər yetirməni nəzərdə tutur.

mənbə: marneulifm