SEPAH Hind okeanında ABŞ esminesinə zərbə endirdiyini bildirib

Mar 4, 2026 - 10:29
 0  16
SEPAH Hind okeanında ABŞ esminesinə zərbə endirdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran sahillərindən təxminən 650 kilometr aralıda, Hind okeanındakı esminesinə raket zərbəsi endirdiyini iddia edib.

Xeber.ge xəbər verir ki, bu barədə SEPAH-ın press-relizində bildirilib.

Bəyanata görə, SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ esminesi, eləcə də yaxınlıqda yerləşən yanacaqdoldurma gəmisinə "Qadr-380" və "Talaiyeh" raketləri atıb.

Gəminin adı da daxil olmaqla, əlavə məlumat verilməyib.

mənbə: report.az