İran ABŞ-nin "F-35" qırıcısını vurub
İranın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-35" qırıcısını vurduğunu, təyyarənin ciddi zədə aldığını bəyan edib.
Xeber.ge xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"F-35" qırıcısı bu gecə saat 02:50-də Mərkəzi İran səmasında SEPAH Hava-Kosmik Qüvvələrinin qabaqcıl HHM sistemləri tərəfindən hədəf alınıb. Təyyarənin ciddi zədələndiyi bildirilir.
"Qırıcının taleyi hələlik məlum deyil, araşdırma aparılır. Onun yerə düşmə ehtimalı olduqca yüksəkdir", - deyə məlumatda qeyd olunur.
Məlumatda, həmçinin vurğulanır ki, İranın HHM qüvvələri tarixdə ilk dəfə ABŞ-nin beşinci nəsil "F-35" qırıcısını vurmağa nail olub.
mənbə: oxu.az