İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki bir neçə strateji əhəmiyyətli hədəfə zərbələr endirdiyini elan edib.
Xeber.ge xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.
"Bunlara İsrail rejiminin əsas qoşun cəmləşməsi və logistika dəstəyi mərkəzi olan Ben Qurion hava limanı, yanacaq təchizatı müəssisələri və digər strateji obyektlər, eləcə də Hayfadakı İsrail ordusunun mövqeləri, "Hayfa" və "Rişon Le-Zion" neft emalı zavodları daxildir", - deyə açıqlamada qeyd olunub.
Bundan başqa əməliyyatda "Qədr", "Emad", "Heybərşəhr" və "Xorrəmşəhr" raketlərindən istifadə edildiyi bildirilib.
mənbə: oxu.az